Teleskoplar Samanyolu qalaktikasının mərkəzindəki boşluğun ətrafında təxminən işıq sürətinin 30 faizi qədər sürətlə isti qaz kütləsinin fırlandığını qeydə alıb. Teleskoplar Samanyolu qalaktikasının mərkəzindəki boşluğun ətrafında təxminən işıq sürətinin 30 faizi qədər sürətlə isti qaz kütləsinin fırlandığını qeydə alıb.

Teleskoplar ilk dəfə gördü: Saatda 320 milyon kilometr sürətlə...

Teleskoplar Samanyolu qalaktikasının mərkəzindəki boşluğun ətrafında təxminən işıq sürətinin 30 faizi qədər sürətlə isti qaz kütləsinin fırlandığını qeydə alıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, teleskop görüntünün ilk dəfə çəkildiyi, qaz kütləsi Günəş sisteminin də içində olduğu Samanyolu qalaktikasının mərkəzində saatda 320 milyon kilometr sürətlə fırlanıb.

Alimlər maddənin boşluq tərəfindən udulmayacaq qədər böyük olduğunu da bildirib.

Kosmos alimləri uzun müddətdir qalaktikamızın mərkəzində günəşdən 10 milyard dəfə böyük bir boşluğun olduğunu düşünürdü. Çünki alimlər qalaktikanın mərkəzinin, ətrafındakı bütün işığı udduğunu kəşf ediblər. Yeni görüntü vasitəsilə boşluğun ətrafında geri dönülməyəcək nöqtədə maddənin fırlandığı məlum olub.

Pərvanə AĞAZADƏ
AzNews.az