Piza qülləsinin əyilmə bucağı getdikcə azalır. Piza qülləsinin əyilmə bucağı getdikcə azalır.

Piza qülləsi dikəlməyə başladı

Piza qülləsinin əyilmə bucağı getdikcə azalır.

İtaliyada yerləşən dünyaca məşhur "yıxılan" Piza qülləsinin əyilmə bucağı getdikcə azalır.

Bu barədə "İnterfaks"a istinadən xəbər verir.

Müşahidə qrupunun ekspertlərinin fikrincə, 57 metrlik qüllə son 20 ildə əyilməsini 4 sm azaldaraq müəyyən qədər dikəlib.

Qeyd edək ki, tikintisinə 1173-cü ildə başlanılan qüllə inşa olunduğu vaxtdan bəri "yıxılma" vəziyyətindədir. Belə ki, dünyaca məşhur abidənin üzərində dayandığı qum və gil qatı cənub tərəfindən daha yumşaq olduğundan qüllənin üçüncü mərtəbəsi inşa edilərkən torpaq qatı müəyyən qədər çöküb.

1990-cı ildə konstruksiyanın artıb tab gətirə bilməyəcəyi qorxusu ilə abidə 800 il ərzində ilk dəfə turistlər üçün bağlanıb. O vaxta qədər qüllənin yuxarı hissəsi şaquli oxdan 4,5 metr aralanmışdı. 1993-cü ildən 2001-ci ilədək ekspertlər Piza qülləsini sabitləşdirməyə çalışıblar və onların səyləri nəticəsində əyilmə bucağını 45 sm azalda biliblər. Bu əməliyyat 200 milyon funta (225 milyon avroya) başa gəlib.(trend.az)

© AzNews.az