Sahildəki nəhəng oyuqları da onların açdığı düşünülür Sahildəki nəhəng oyuqları da onların açdığı düşünülür

700 min illik heyvan tapıldı

Sahildəki nəhəng oyuqları da onların açdığı düşünülür

700 min illik tənbəl heyvan qalıqları tapılıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Argentinanın Miramar şəhərinə bağlı olan Alvarado bölgəsində bir ailə, gəzinti zamanı Mar del Sur dənizi sahilində tənbəl heyvan qalıqlarına rast gəlib.

Palvecino ailəsi, çökmüş qayalıqlar üzərində gəzərkən qalıqlar diqqətlərini çəkib. Bundan sonra Miramar Punta Hermengo muzeyinə xəbər veriblər.

Edilən ilk analizlərə görə elmi adı “Scelidotherium” olan və bədəninin çənə hissəsi tapılan tənbəl heyvanın 700 min il əvvəl yaşadığı təxmin edilir. Scelidotheriumlar bir tona yaxın böyük bədənləri və uzun kəllə quruluşları diqqət çəkir.

Tənbəl heyvanların böyük pəncələri ilə torpaqda nəhəng çuxurlar qazaraq yaşadığı deyilir. Buenos Ayres əyalətinin sahillərindəki nəhəng oyuqları da onların açdığı düşünülür.

Pərvanə Ağazadə
AzNews.az