Müalicədən sonra qadının əlləri sağalıb. Müalicədən sonra qadının əlləri sağalıb.

Kiçik yara bütün barmaqlarına yayıldı - çinli qadının hekayəti

Müalicədən sonra qadının əlləri sağalıb.

Çinin Hubei şəhərində yaşayan 53 yaşlı Zang əlində olan yaranın çox balaca olduğu üçün çox əhəmiyyət verməyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, normal bir yara kimi yaranın sağalmağını gözləyən Zang 2 gün sonra yaranın ətrafında getdikcə digər barmaqlara yayılan göyərmə görüb.

Daha sonra yaranın ətrafındakı göyərmənin sol əlinin baş barmağına və sağ əlinin kiçik barmağına keçdiyini görüb. Buna görə həkimə gedən çinli qadın 8 barmağında qanqrena olduğunu öyrənib.

Əlinin qaralması ilə yanaşı qaşıntı, quruluq və hissizlik olduğunu da bildirib. Müalicədən sonra qadının əlləri sağalıb.

Həkimlər "Bu kimi əlamətlərlə rastlaşanda təcili olaraq tibbi yardıma müraciət edilməlidir" deyib. Qanqrena xəstəliyi yaralanma və ya infeksiya nəticəsində bir orqana kifayət qədər qan axını olmayanda meydana gəlir. Xəstəlik əl və ayaqlardan başqa bədənin içərisində də meydana gəlir və əzələlərə zərər verə bilir.

Pərvanə Ağazadə

AzNews.az

image description