Süfrədə bu salatın olmaması imkansızdır. Süfrədə bu salatın olmaması imkansızdır.

Yeni ilin əvəzolunmaz salatı – PAYTAXT SALATI

Süfrədə bu salatın olmaması imkansızdır.

Paytaxt salatı ad günləri, müxtəlif şənliklər və bayramların əvəzolunmaz salatlarındandır. Süfrədə bu salatın olmaması imkansızdır. Başqa günlərdə də ürəyimiz istəsə belə özümüzü “Onsuz da yeni il gəlir, yeyəcəm” deyib gözlədiyimiz qidalardandır.

Hər birinizin bu salatı hazırlaya biləcəyini bilsək də, AzNews.az yenə də paytaxt salatının reseptini təqdim edir:

Ərzaqlar:

1 banka yaşıl noxud
200 q ət (qoyun ya da mal əti)
3 ədəd yumurta
3 ədəd kartof
2 ədəd yerkökü
2 balaca tutma xiyar
1 ədəd tər xiyar
Keşniş, şüyüd, göy soğan
Duz
İstiot
Xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz)

Hazırlanması:

Suya duz töküb əti, kartofu, yerkökünü və yumurtanı bişiririk.
Soyuduqdan sonra qabığını təmizləyirik.
Kartofu, yerkökünü, yumurtanı, tutma xiyarı, tər xiyarı xırda, dördkünc doğrayırıq.
Göyərtiləri də doğrayıb üzərinə əlavə edirik. Doğranmış ərzaqların hamısını bir qaba töküb üzərinə mayonez və zövqə görə duz, istiot əlavə edib qarışdırırıq.

AzNews.az