“Məşq etmədən bu hərəkətləri bacarıram". “Məşq etmədən bu hərəkətləri bacarıram".

10 yaşlı uşağın etdiyi hərəkətlər görənləri şoka salır - VİDEO

“Məşq etmədən bu hərəkətləri bacarıram".

Qolunu tərsinə çevirir, dərisini dartaraq uzadır, ayaqlarını boynuna keçirərək kürək sümüklərini geri çıxarır.

Ümid Həsirov Kürdəmir rayon Şahvəli kəndində yaşayır. Üçüncü sinif şagirdi 2 ildir qeyri-adi bacarığı ilə həmyaşıdlarından fərqlənir. Ümidin bu qabiliyyətini ilk dəfə bacısı və qardaşı görüb. Onlar da Ümid kimi hərəkətlər etməyə cəhd etsələr də buna nail ola bilməyiblər.

Ümid Həsirov - qeyri-adi hərəkətlər edən uşaq: “Məşq etmədən bu hərəkətləri bacarıram. Yaşıdlarımın edə bilmədiyi hərəkətləri edirəm”.

Ümidin atası Tural Həsirovun sözlərinə görə, ilk dəfə oğlunun bu hərəkətlərini görəndə çox təəccüblənib. Övladının müəllim yanına və məşqlərə getmədən belə bir qabiliyyətə malik olması hər kəs kimi onun da diqqətini çəkib.

Tural Həsirov - Ümidin atası: “1, 2 dəfə gördüm təəccübləndim. Dedim, bu necə ola bilər?!”.

Qeyri-adi bacarığı ilə bərabər dərslərini də əla qiymətlərlə oxuyan Ümidin tək istəyi bu bacarığını genişləndirərək daha çətin hərəkətlər edə bilməkdir. (ARB TV)

AzNews.az