Çəkilmiş filmin dəyəri isə 90 min avrodan bir az çoxdur. Çəkilmiş filmin dəyəri isə 90 min avrodan bir az çoxdur.

Səudiyyənin 40 illik naziri çəkdirdiyi porno-filmin pulunu verməyib - İDDİA

Çəkilmiş filmin dəyəri isə 90 min avrodan bir az çoxdur.

Səudiyyə şahzadəsi Səud əl-Feysəl 1975-ci ildə ölkənin xarici işlər naziri təyin olunub.

Düz 40 il bu vəzifəni icra edib. 2015-ci ildə səhhətindəki problemlərlə bağlı istefa verib. İki ay yarımdan sonra 75 yaşında ABŞ-dakı evində vəfat edib. Vəzifəsi boyu dörd ayrı-ayrı Səudiyyə kralı ilə çalışan əl-Feysələ görə Amerika prezidenti Barak Obama, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və digər ünlü şəxslər başsağlığı verib.

Bu günlərdə isə Fransanın Nanter şəhərində (Parisin yaxınlığında yerləşir.E.H.) keçirilən məhkəmədə əl-Feysələ bağlı bir ittiham araşdırılıb. Porno-film istehsal edən “Atyla” adlı şirkət iddia edir ki, şahzadənin istəyi əsasında yazılmış ssenariyə uyğun şəkildə porno-film çəkib. Ancaq mərhum əl-Feysəl görülmüş işin pulunu ödəməyib. Çəkilmiş filmin dəyəri isə 90 min avrodan bir az çoxdur. Bu barədə İsveçrənin “20 Minuten” qəzeti xəbər yayıb.

Filmdə şahzadənin Mərakeşdən olan sevgilisi Fransanın zənci porno-ulduzu ilə intim münasibətdə olur. “Atyla” şirkəti bəyan edib ki, onlar şəhzadənin sifarişi ilə təkcə porno-film çəkməyiblər, həm də onun sifarişi əsasında peşəkarların ifasında canlı seks səhnələri nümayiş etdiriblər. Bu işə görə şahzadə 25 min avro ödəməliydi.

Mərhumun Parisdə daşınmaz əmlak alveri ilə məşğul olan qızı Lana Səud al-Feysəl “Atyla” şirkətini atasına böhtan atmaqda suçlayıb və fırıldaqçılara pul ödəmək fikrində olmadığını bildirib. (Musavat.com)