Nigeriyada kisələrlə nağd pulun daşındığı təyyarə havaya qalxa bilməyib. Nigeriyada kisələrlə nağd pulun daşındığı təyyarə havaya qalxa bilməyib.

İçi pulla dolu təyyarə havaya qalxa bilmədi - VİDEO

Nigeriyada kisələrlə nağd pulun daşındığı təyyarə havaya qalxa bilməyib.

Bu barədə Lenta.ru məlumat yayıb.

Hadisənin görüntüsünü nigeriyalı naşir və jurnalist Dele Momodu öz “Instagram” səhifəsində paylaşıb.

Videoçarxda təyyarənin quyruq hissəsinin ağır çəkiyə tab gətirə bilməyərək, yerə toxunduğunu görmək olur.

Qısa zamanda aeroportun işçiləri əraziyə axışaraq, problemi aradan qaldırmağa çalışıb.

“Sanki bir Nigeriya kinosudur. Pul kisələri ilə həddindən artıq doldurulduqdan sonra təyyarənin arxa hissəsi yerə oturub... Gözlərimə inana bilmirəm”, - deyə Momodu yazıb.

Pulun məbləği və hara daşındığı barədə məlumat verilmir.(oxu.az)

AzNews.az