İlk prezidenti regionun başçısı Amandık Batalov müşayiət edib. İlk prezidenti regionun başçısı Amandık Batalov müşayiət edib.

Nazarbayev doğulduğu kəndə getdi - FOTO

İlk prezidenti regionun başçısı Amandık Batalov müşayiət edib.

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev sinif yoldaşları və uşaqlıq dostları ilə görüşüb.

Bu barədə “Тengrinews.kz” saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, köhnə dostlar söhbət əsnasında keçmiş xatirələri yada salıb və regionun cari inkişafından bəhs ediblər.

İlk prezidenti regionun başçısı Amandık Batalov müşayiət edib.

Şamalqan kəndindəki “Ataməkan” tarixi-mədəni mərkəzin qarşısında keçirilən görüşə 3 mindən artıq yerli sakin gəlib. N.Nazarbayev çıxışı zamanı dünyaya göz açdıqları yurda sevginin vacibliyini bildirib və vəzifəsini tərk etmək barədə qərarı nə üçün qəbul etməsindən danışıb.

“İnanıram ki, mənim yerimə gələn, Qazaxıstanın adlı-sanlı vətəndaşı, prezident, cənab Qasım-Jomart Tokayev mənim gözləntilərimi doğruldacaq. Və budur, mən sizin yanınıza gəlmişəm ki, doğma torpağa hörmət bəslədiyimi göstərim, sizinlə Qazaxıstanın böyük gələcəyi barədə danışım. Biz gənclər üçün şərait yaradırıq. Onlar oxusunlar, dilləri öyrənsinlər və təhsilli insanlar kimi yetişsinlər. Gələcək bilikdə və elmdədir”, – deyə Qazaxıstanın ilk prezidenti bildirib.

Nursultan Nazarbayev 6 iyul 1940-cı ildə Qazaxıstanın Almata vilayətinin Kaskelen rayonunun Şamalqan kəndində dünyaya gəlib. O, 1989-cu ildən 2019-cu ilədək Qazaxıstanın birinci şəxsi olub.(teleqraf.com)

AzNews.az

image description image description