- Maraq dairəsi
- 11 Aprel 2019 12:00
- 7 919
PUBG oyunu real həyatda oynanılacaq - 100 könüllü axtarılır

Oyun adada 3 gün ərzində keçiriləcək
Adı açıqlanmayan bir milyoner "Pubg mobile" video-oyununu real həyata daşımaq istəyir.
AzNews.az bildirir ki, bunun üçün 100 nəfər könüllü axtarılır. İnternet vasitəsi ilə açıqlanan elana görə, 3 gün davam edəcək oyunun sonunda qalib gələn şəxsə 100 min funt sterlinq (224 min AZN) mükafat veriləcək.
Qeyd edək ki, adada baş tutacaq layihədə hər cür təhlükəsizlik tədbirləri həyata keçiriləcək və oyunçular qida ilə təmin ediləcək.
Son üzvlük tarixi isə 22 apreldir.
Cavidan Mirzəzadə
AzNews.az