Belə taksiləri mobil tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq Belə taksiləri mobil tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq

“Tesla” 2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstərəcək

Belə taksiləri mobil tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq

"Tesla" şirkəti 2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstərməyi planlaşdırır.

RİA "Novosti" xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin təsisçisi və rəhbəri İlona Maskın bəyanatına istinadən məlumat verib.

İ.Mask belə taksilərin hər yerdə olmayacağını, bunun tənzimləyici orqanların hamısından razılıq alınmaması ilə bağlı olduğunu bildirib.

Onun fikrincə, gələn il ABŞ yollarında "Tesla"nın sürücüsüz taksi sayı 1 milyona çatacaq. Belə taksiləri mobil tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq.

O, həmçinin iki ildən sonra "Tesla"nın sükanı və pedalları olmayan avtomobil istehsal edəcəyini proqnozlaşdırıb.(report.az)

AzNews.az