Ukraynanın ən cazibədar və cəlbedici qadınları - FOTO

Prezidentin həyat yoldaşının yüngül şifon donu və qara dəri gödəkçəsi sosial şəbəkələrin və dəbli nəşrlərin diqqətindən yan keçməyib

Ukrayna təxminən 30 il əvvəl müstəqilliyini qazandı, lakin artıq öz qadın baş naziri, ordu keçmişi olan epataj müxalifət siyasətçisi, gözəl modelləri və müğənniləri ilə öyünə bilər.

AzNews.az xəbər verir ki, "lenta.ru" dünyanın hakim və seksual qadınları haqqında silsilə yazılar yazır, burada hind qadınları, israillilər, yapon qadınlar, fransızlar və ərəb ölkələrinin sakinləri haqqında materiallar olur.

Yelena Zelenskaya

ВÐ

Yelena Vladimirovna Zelenskaya Ukraynanın yeni seçilmiş prezidenti, şoumen və aktyor Vladimir Zelenskinin həyat yoldaşıdır. Yaşı qırxı keçmiş gənc və cəlbedici bir xanımdır.

Tabloidlər və dəb ekspertləri böyük maraqla birinci xanıma məxsus eleqantlığın həyat yoldaşının seçkilərdə qələbəsindən sonra necə dəyişəcəyini izləyirlər.

Həyat yoldaşının qalib gəldiyi gün Zelenskaya 1980-ci ilin stilinə uyğun olan bir paltarda idi. Prezidentin həyat yoldaşının yüngül şifon donu və qara dəri gödəkçəsi sosial şəbəkələrin və dəbli nəşrlərin diqqətindən yan keçməyib. Bu seçim birinci xanımın üstünlük verdiyi üslubu nümayiş etdirir.

Yelena Vladimirovna İnstagram-da rəsmi hesabını aparır, burada səfərlərdən və rəsmi tədbirlərdən hazırlanan fotoşəkilləri paylaşır.

Məhz belə açıqlığı sayəsində, Zelenskinin Brüsselə Ukrayna prezidentinin həyat yoldaşı kimi ilk rəsmi səfəri üçün seçdiyi qarderob fəal müzakirəyə səbəb olub. Protokoldan kənar şəhərdə gəzmək üçün birinci xanım qısa şalvar seçib, onu ağ krossovkalarla tamamlayıb. Yalnız rahatlığı üçün.

Yuliya Timoşenko

ЮÐ

Şərqi Avropanın siyasi arenasında anadangəlmə sarışın xanım kimi tanınan Yuliya Timoşenko iki dəfə Ukraynanın Baş naziri vəzifəsini tutub. 2000-ci illərin ortalarında geniş siyasi arenaya çıxanda siyasətçi üslubunu dəyişdi: Timoşenko ilk "maydan"da artıq saçlarını ip kimi hörərək başına dolamışdı.

Kəndlilər bu stili 1950-ci illərə kimi geyinirdilər. Timoşenko (atası Qriqyan, anası Teleqina olub) ictimaiyyət arasına milli ukrayna üslubu ilə tikilən köynəklə çıxırdı.

Məlumatlı şəxslərin fikrincə, Aleksandr Timoşenko siyasətçi xanıma təkcə soyadını (cütlük 1979-cu ildə evlənib, onların həmin vaxt 20 yaşları olub) deyil, həm istər baş nazir olduğu dövrdə, istərsə də "qaz işi" üzrə həbsdə olduğu zaman ciddi maliyyə dəstəyi vermişdi.

Ər-arvad SSRİ dövründə birlikdə bizneslə məşğul olmağa başladılar və sürətlə uğur qazandılar.

1991-ci ildə 31 yaşlı Timoşenko əri ilə birlikdə "Ukrayna benzini" korporasiyasını yaradıb, Sonradan bu şirkətin kommersiya və baş direktoru vəzifələrində çalışıb. 1990-cı illərin ortalarında isə "Ukraynanın Vahid Enerji Sistemləri" korporasiyasına rəhbərlik edib.

Enerji biznesi Ukrayna siyasətində bu təşəbbüskar xanımı "hakimiyyət vertikalı"nın ən yüksək səviyyəsinə qaldırıb. 2005-ci ildə Forbes onu dünyanın nüfuzlu üçüncü qadını adlandırıb.

Həm baş nazir ranqında (2005-ci ilin fevral-sentyabr ayları, 2007-ci ilin sonundan 2010-cu ilin mart ayınadək), həm də müxalifət rəhbəri rolunda xanım Timoşenko daim son dərəcə eleqantlıq nümayiş etdirib. Onun Chanel kostyumları və bu marka aksessuarları Rusiyadan tutmuş ABŞ mediasında vaxtaşırı müzakirə edilib.

Baş nazir olduğu illərdə Timoşenko məşğulluğuna baxmayaraq, fiziki formasını diqqətdə saxlayıb, məsələn şəhərkənarı evinin yaxınlığında kross qaçışı edib.

Timoşenko son illər müxalifətdədir. Müxalifətçi "Batkivşşina" Partiyasının lideri kimi 2019-cu ildə keçirilən prezident seçkilərində iştirak edib və ilk turdan o yana keçməyib. Keçmiş baş nazir indi eynək taxır və uzun, lakin artıq hörülmüş saçlarla gəzir, bəzən onları klassik saç düzümü kimi yığır.

Nadejda Savçenko

Надежда Савченко в футбоÐ

Əgər Yuliya Timoşenko Ukraynanın ən zərif siyasətçisi hesab oluna bilərsə, ən ekstravaqant titulu keçmişdə Donbasda döyüşlərdə iştirak edən, Ukrayna ordusunun hərbçisi, kapitan, 38 yaşlı Nadejda Viktorovna Savçenko əldə edib.

Əslən Kiyevli olan Ukrayna Qəhrəmanı Savçenkonun orduda igidlikləri haqqında çox yazılıb. Yəqin ki, bu mövzuda onun səs-küylü etirazları və aclıq aksiyaları yadda qalıb. Lakin üslub baxımından ən maraqlı metamorfozlar xanım Savçenkonun azadlığa çıxdıqdan və 2014-cü ildə Ukrayna Ali Radasının deputatı olduqdan sonra baş vermişdir. Sonradan səs-küylü müxalifətçi artıq Ukrayna zindanına düşüb və orada da barışmaz mövqe göstərib.

Nəticədə Ukrayna Qəhrəmanı Ukrayna həbsxanasından da buraxılıb.

İctimai və deputat statusuna baxmayaraq, Savçenko şoka salan hərəkətlərdən çəkinmir, özü də təkcə siyasi karyerasında deyil, həm də adi həyatda. Məsələn, O, Ali Radanın iclas zalında ayaqqabısını çıxarmadan kreslonun üstünə çıxıb, həmkarlarına ədəbsiz jestlər göstərib, həmçinin verdiyi müsahibəsində cavanlıqda seks xidmətində işlədiyini gizlətməyib.

Ani Lorak

Ани Лорак и ФиÐ

Karolina Miroslavovna Kuek (Pop müğənni indi Ani Lorak kimi tanınır) 2000-ci illərdən Ukraynanın ən məşhur estrada müğənnisi idi. Bunun faktı kimi o, 2008-ci ildə Ukraynanı “Shady Lady” mahnısı ilə Eurovision-2008-də təmsil edərək 2-ci yeri tutub. Elə həmin il ona Ukraynanın xalq artisti adı verilib.

Karolina Kuek (indi onun qırx yaşı var) hələ SSRİ dövründə Kitsan adlı bir əyalət şəhərində anadan olub və onun uşaqlığı sovet yaşıdlarından heç fərqlənməyib: internat məktəbi (ailə kasıb və çoxuşaqlı olub, atası anasından ayrılıb, böyük qardaşı Əfqanıstanda həlak olub), darıxdırıcı forma, ictimai tapşırıqlar və s. məqamlar var idi. Gənc Karolina ulduz olmağı bəlkə də arzulayırdı (müğənni özü müsahibəsində deyir ki, hələ uşaq bağçasında məşhur olmaq istəyirdi), lakin Sovet İttifaqının dağılmasından sonra arzusunu reallaşdırmaq şansı əldə etmişdi.

Ancaq o vaxtlar Rusiya ilə Ukrayna arasında hələ barışmaz ziddiyyətlər yox idi və Ani Rusiya sayəsində məşhurlaşdı. 1992-ci ildə o, ilk uşaq ifaçılıq müsabiqəsində qalib gələrək ilk peşəkar müqavilə əldə etdi, üç ildən sonra isə Rusiyanın "Səhər ulduzu"na yarışmasına gəldi. Karolina adlı digər iştirakçı ilə səhv salmamaq üçün 17 yaşlı ifaçı “Ani Lorak" («Karolina» sözünün tərsinə yazılışı) təxəllüsünü götürdü.

Elə həmin il Böyük Britaniyanın studiyasında hazırlanan "Uçmaq istəyirəm» albomu ilə müğənninin vətənində və Rusiyada uğurlarının silsiləsi başlandı. Ani, ölkəsinin tarixində ən gənc əməkdar artist oldu, İqor Krutoy və Filipp Kirkorovla tanış oldu, daha sonra film və müzikllərə çəkilməyə başladı. Xüsusilə, "Dikanka yaxınlığında təsərrüfatda axşamlar"da Oksana adlı ukraynalı gözəlini oynadı, həmçinin Almaniya və Birləşmiş Ştatlar da daxil olmaqla, çoxsaylı Rusiya diasporlarının yaşadığı hər yerdə turnedə çıxış etdi.

Pop ulduz səhnəyə, qırmızı xalılara və festivallara həmişə seksual və parlaq geyimi ilə çıxdı. O, dərin dekoltəli paltarı və çıx qısa ətəyi bəyənir. Ani qaynar ağ paltarlara üstünlük verir, səhnəyə isə tez-tez diqqəti cəlb edən qızılı və ya gümüşü libaslarda çıxır. Boş vaxtlarında, məsələn, qızı ilə həftə sonlarında cins geyinir.

Müğənni karyerasına sarışın saçları ilə başlamasına baxmayaraq qarabuğdayıdır. O, uzun saç saxlayır, ancaq kliplərdə və ya səhnədə bəzən saçlarını yığır, bəzən isə uzun saçlarını açır.

18 yaşından bəri Ukrayna gözəli öz prodüseri Yuri Fales ilə nikahda olub, 2009-cu ildə turizm biznesi ilə məşğul olan türk sahibkarı Murat Nalçacioğlu ilə ailə qurub. Cütlük elə Türkiyədə istirahətdə olan zaman tanış olub. Ani Lorak və Muratın Sofiya adlı bir qızı var.

Snejana Onopko

Снежана Онопко в рекÐ

1986-cı ildə Severodonetksdə doğulmuş Snejana Onopko Ukraynada ən populyar super modeldir.

33 yaşlı sarışının aktivində Calvin Klein, Dolce & Gabbana, Gucci, Lanvin, Prada, Saint Laurent, Louis Vuitton, Dior, Shiseido və digər brendlərin, dəbli evlərin reklam kampaniyaları var.

Snejananın podiuma gedən yolu onun bir çox həmkarları kimi küçədən başlayıb. Əlbəttə, sözün yaxşı mənasında. Rəsmi versiyaya görə, Ukraynada model üzrə məşhur mütəxəssis Oleq Voropayev Kiyevdə gəzinti zamanı gənc modeli tapıb. Qız məktəbi bitirdikdən sonra əyalətdən köçüb. 2004-cü ildə Beynəlxalq AL Model Management agentliyi ilə müqavilə bağlayıb və Kiyevi Nyu-Yorka dəyişib.

Model iki dəfə İtaliyanın Vogue qapağına daxil olan yeganə ukraynalı olub. Redaktorlar yəqin ki, kosmopolit, "açıq-aşkar slavyan" xarici görünüşündən ötrü onu seçiblər.

Hələ 2012-ci ildə Snejana etiraf etmişdi ki, o, kürsüdən kənarda həddindən artıq qadın geyimlərini sevmirdi: qarderobunda iki yüz cüt cins var.

"Mən don sevmirəm. Bəzən bir tədbirə qızın don geyinməsi tələb edilsə də geyinə bilmirəm. Əgər dizayner paltarımın gözəl olduğunu düşünürsə, podiumda geyirəm. Axı mən onlara “Gəlin cins geyək" deyə bilmərəm”. Model bu sözləri jurnalistlərə deyib.

Snejana öz sevimli brendlərini heç də ucuz olmayan Emilio Pucci və Balmain brendlərinin cinsləri, cəlbedici jaketləri, xəz jiletləri və dəri gödəkçələri ilə tamamlayır.

Amma karyera qurban tələb edir. Podiumda qazandığı uğurlar sayəsində qız nəinki şöhrət qazanmışdı, həm də varlı ukraynalı sahibkar Nikolay Şura ərə getmişdi. Toy, demək olar ki, gizli olub. Əvvəlcə hər şey yaxşı gedib.

Şur toy hədiyyəsi kimi Snejanaya 75 min avroya brilyant sırğalar təqdim edib. Ancaq ailə xoşbəxtliyi çox uzun sürməyib.

2017-ci ildə Onopko İnstagram-da abunəçilərinə həyat yoldaşından ayrıldığını bildirib.

Babək Göyüş

AzNews.az