Sosial şəbəkə avtomatik olaraq sorğu göndərəcək Sosial şəbəkə avtomatik olaraq sorğu göndərəcək

“Odnoklassniki”də yeni funksiya: Bir şəkil kifayətdir

Sosial şəbəkə avtomatik olaraq sorğu göndərəcək

“Odnoklassniki” sosial şəbəkəsi (OK) dostların axtarışı və əlavə edilməsi üçün yeni üsul istifadəyə verib.

AzNews.az bildirir ki, bu barədə OK rəhbərliyi tərəfindən yayılmış məlumatda deyilir.

Qeyd edilir ki, bunun üçün insanın şəklini çəkmək lazımdır və bundan sonra sosial şəbəkə ona avtomatik olaraq sorğu göndərəcək.

"Görüş və ya tanışlıq zamanı istifadəçilərin dostluğa sorğu yollamağı üçün profil linkini bölüşmək, məlumat daxil etmək, yüz minlərlə eyni soyadlı insanın arasında axtarmaq, yaşayış və ya təhsil yerini filtrasiya etməyə daha ehtiyacı yoxdur. Bunun üçün şəkil çəkmək kifayətdir və sosial şəbəkənin özü avtomatik olaraq dostluğa əlavə etmək üçün sorğu göndərəcək. Bu, bir neçə saniyə ərzində onlayn ünsiyyətə başlamağa imkan verəcək", - deyə məlumatda bildirilir.
Eyni zamanda, yeni texnologiya vasitəsilə OK profilində yalnız köhnə şəkillər yüklənmiş olsa belə, dostu tapmaq mümkün olacaq.

Şirkət istifadəçilərin məxfiliyinin qorunduğuna da təminat verir. Belə ki, dostluq yollanılan şəxsin profil və adı yalnız sorğu təsdiqləndikdən sonra açıqlanacaq.

“Kənar şəxslər şəkil vasitəsilə dostluq yaratmağa cəhd etdikdə, istifadəçi haqqında məlumat ala və ya onun əvvəllər çəkilmiş şəkillərini yükləyə bilməyəcəklər”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, yeni xidmət bir həftə ərzində iOS və Android tətbiqlərinin son versiyasının bütün istifadəçiləri üçün əlçatan olacaq.

AzNews.az