"Bu gün mənimlə birlikdə VIP qonaq oturub" "Bu gün mənimlə birlikdə VIP qonaq oturub"

Spiker parlamentin iclasında dayəlik etdi – Yeni Zelandiyada

"Bu gün mənimlə birlikdə VIP qonaq oturub"

Yeni Zelandiya parlamentinin spikeri Trevor Mallardın iclas zamanı millət vəkili Tamati Koffinin uşağı ilə birgə şəkli maraq doğurub.

AzNews.az bildirir ki, şəkli spiker özünün “twitter” hesabında paylaşıb.

İclas zamanı spiker uşağı butulkadan yedizdirib və onunla oynayıb. Belə ki, körpənin gənc atası Koffinin vəzifəsini icra edə bilməsi üçün Mallar dayə rolunu yerinə yetirib.

"Adətən, spikerin kürsüsündə yalnız sədr oturur, amma bu gün mənimlə birlikdə VIP qonaq oturub", - deyə Mallard şəkli şərh edib.

Siyasətçinin bu paylaşımı çoxlu sayda müsbət şərh toplayıb.

Qeyd edək ki, Tamati Koffi atalıq məzuniyyətindən yenicə qayıdıb və ilk iclasına özü ilə uşağını götürüb.

AzNews.az