- Maraq dairəsi
- 11 Sentyabr 2019 09:31
- 2 753
3 yeni “iPhone” modeli təqdim edildi – QİYMƏTLƏR
Modellərin satışına 20 sentyabrdan başlanacaq
ABŞ-ın “Apple” şirkəti “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone 11 Pro Max” modellərini təqdim edib.
“iPhone 11”in qiyməti 699 dollardan, “iPhone 11 Pro” 999 dollardan, “iPhone 11 Pro Max” isə 1099 dollardan başlayır. Bu qiymətlər gözlənilən qiymətlərdən aşağıdır.
“iPhone 11”lər digər modellər ilə müqayisədə ən sürətli prosessora malikdir. Telefon 1 saat daha çox batareya müddəti təqdim edir.
“iPhone 11 Pro” və “iPhone 11 Pro Max” modelləri 12MP 3 arxa kameraya malikdirlər.
“iPhone 11” modelləri 5.8 düyüm və 6.5 düyüm ekran ilə təchiz olunurlar.
Modellərin satışına 20 sentyabrdan başlanacaq.
AzNews.az