Britaniyanın QS agentliyi reytinq hazırlayıb Britaniyanın QS agentliyi reytinq hazırlayıb

Azərbaycan universitetləri Avropa və Mərkəzi Asiyanın ən yaxşıları sırasına daxil olub

Britaniyanın QS agentliyi reytinq hazırlayıb

Bakı Dövlət Universiteti inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin ən yaxşı universitetləri arasında 142-ci yeri tutub.

Bunu Britaniyanın QS agentliyi tərəfindən dərc olunan universitetlərin reytinqindən (QS EECA) görmək olar.

Bununla yanaşı, reytinqdə Xəzər Universiteti (161-170-ci yer), Azərbaycan Dövlət İqtisad Universiteti (181-190), Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti (201-205), Bakı Slavyan Universiteti (251-300) yer alıb.

Regional sıralamada ilk iki yeri M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Novosibirsk Dövlət Universiteti tutub. Üçüncü yeri Sankt-Peterburq Dövlət Universiteti və Karlov Universiteti (Praqa) bölüşüb.

Reytinq siyahısına bölgədəki 2900-dən çox universitetdən ən yaxşı 350-si daxil edilib.

QS EECA reytinqi ali təhsil müəssisələrinin fəaliyyətini akademik nüfuz; işəgötürənlər arasında nüfuz; tələbə sayının professor-müəllim heyətinin sayına nisbəti; elmi dərəcəsi olan işçilərin, digər ölkələrdən dəvət olunmuş müəllimlərin, əcnəbi tələbələrin payları; internet-resursların səmərəliliyi; bir işçiyə düşən dərc olunmuş məqalələrin sayı; universitet alimlərinin elmi məqalələrindən sitat gətirilmə kimi meyarlar əsasında qiymətləndirib. (report)

AzNews.az