Subaylar Gününü ilk dəfə 1993-cü ildə çinli tələbələr qeyd edib Subaylar Gününü ilk dəfə 1993-cü ildə çinli tələbələr qeyd edib

Dünya Subaylar Gününü qeyd etməyə hazırlaşır

Subaylar Gününü ilk dəfə 1993-cü ildə çinli tələbələr qeyd edib

Noyabrın 11-də dünyada növbəti dəfə Subaylar Günü qeyd olunacaq.

Günün əsas təşkilatçısı yenə də Çinin elektron ticarət nəhəngi "Alibaba"dır.

Şirkət həmin gün xüsusi endirimlər tətbiq edərək adi günlərlə müqayisədə, təxminən, 20% çox - 37 milyard ABŞ dolları gəlir əldə etməyi planlaşdırır. Bunun üçün köhnə mallarla yanaşı, 1 milyon yeni məhsul 80% - 90%-ə qədər endirimlə internetdə satışa çıxarılacaq.

Bu il ilk dəfə "Alibaba"nın törəməsi "Aliexpress"in Rusiya, Türkiyə, İtaliya və İspaniyadakı bölmələri də rəsmi qaydada "11.11" endirimlərinə qatılacaqlar.

Xatırladaq ki, Subaylar Gününü ilk dəfə 1993-cü ildə çinli tələbələr qeyd edib. 2000-ci illərdə bu gün 14 fevral - Sevgililər Gününə etiraz olaraq bütün dünyaya yayılıb.(report.az)

AzNews.az