- Maraq dairəsi
- 8 Noyabr 2019 23:33
- 3 663
Mamont qalıqlarının dəfn olunduğu ən böyük qəbiristanlıq tapıldı
Tapıntı tarixdəki ən böyük belə kəşfdir
Arxeoloqlar mamontların qalıqlarının dəfn olunduğu ən böyük qəbiristanlığı aşkar ediblər.
Burada 14 nəsli kəsilmiş heyvana aid 800 sümük var. Tədqiqatçılar qədim insanların yaratdığı ilk çuxuru tapdıqlarına inanırlar. Bu barədə Phys.org xəbər verib.
Ehtimallara görə, qədim insanlar buranı tələ məqsədilə qazıb. Çünki bəzi sümüklərdə ov əlamətləri olan aşınmalara rast gəlinib. Alimlərin fikrincə, ətraf ərazidə ən azı beş mamont sürüsü, habelə at və dəvə yaşayıb.
Tapıntı tarixdəki ən böyük belə kəşfdir.(oxu.az)
AzNews.az