Hamar cildə sahib olmaq üçün bu qidaları qəbul edin

K vitamini ilə zəngin olan bu bitki qan dövranını tənzimləyir

Hamar dəri hər kəsin arzusudur. Bəzi qidalar var ki,onları qəbul etmək sağlam, eyni zamanda gözəl dəri üçün böyük əhəmiyyət daşıyır.

AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, dermatoloq Ata Nejat Ertekin hamar üzə sahib olmaq üçün aşağıdakı məhsulları məshələt görür:

İspanaq

İspanağın tərkibində cildinizi gözəlləşdirəcək A, C və E vitaminləri var. Bu bitki lazımi qədər istifadə olunmazsa, dəridə qaşınma və sızanaq problemləri yaranır.

Kərəviz

Kərəvizdən istifadə dərinin hamar olması üçün əla seçimdir. K vitamini ilə zəngin olan bu bitki qan dövranını tənzimləyir.

Yumurta

Kalsiumun mənimsənilməsini yaxşılaşdıran, dəridə hüceyrə böyüməsini təmin edən, dərini nəmləndirən və qidalandıran D vitamini - bütün bunlar yumurta sarısında var .Gündə 1 yumurta yemək dəri sağlamlığı üçün olduqca vacibdir.

Pomidor

Dərini günəşin zərərli təsirlərindən qoruyan digər güclü bir antioksidant da E vitaminidir. E vitamini qırışların və dərinin quruluğunu azaltmağa yardım edir. Pomidor bu vitamini qarşılamaq üçün ən yaxşı bir seçimdir.

Səidə Vahid

AzNews.az