Bəlalı başlar - Keçəllərin yoluxma və ölüm riski daha çoxdur

Onlardan 71%-nin keçəl olduğu məlum olub

Alimlər keçəl kişilərin koronavirusdan ölüm riskinin daha çox olduğunu açıqlayıb.

AzNews.az "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb kişilərdə saç tökülməsinə gətirib çıxaran Androgen adlı hormondur. Həmin hormon virusun hüceyrələrə hücum etməsinə kömək edir.

"Düşünürük ki, androgen və ya kişi hormonları virusun hüceyrələrimizə daxil olması üçün qapıdır", - deyə professor Vambier bildirib.

O, İspaniyada iki tədqiqat aparıb. 122 xəstə üzərində aparılan bir tədqiqatda koronavirus testi pozitiv çıxan kişilərin 79%-nin keçəl olduğu aşkarlanıb.

41 xəstə üzərində aparılan digər bir araşdırmada isə onlardan 71%-nin keçəl olduğu məlum olub. Alimlər bunların kiçik miqyaslı araşdırmalar olduğunu və daha çox iş görülməli olduğunu vurğulayıb.

Kəşfin ABŞ-da koronavirusdan ölən ilk həkim Frank Qabrinin şərəfinə "Qabrin əlaməti" adlandırılacağı deyilir.