“Koronavirusa yoluxanların yalnız 10 faizi eynək taxan pasiyentlərdir” “Koronavirusa yoluxanların yalnız 10 faizi eynək taxan pasiyentlərdir”

Eynək koronavirusa yoluxma riskini 5 dəfə azaldır

“Koronavirusa yoluxanların yalnız 10 faizi eynək taxan pasiyentlərdir”

Çinli alimlərinшт araşdırmalarına əsasən, eynək insanların yeni növ koronavirus infeksiyasına yoluxmasını beş dəfə azaldır.

AzNews.az xəbər verir ki, bu barədə bioloji elmlər doktoru, Novosibirsk Dövlət Universitetinin professoru Serqey Netesov “Rossiyskaya Gazeta”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu tendensiya kontakt linzaların populyar olmadığı və bir çox insanın eynək taxdığı Çində açıq şəkildə özünü biruzə verir.

“Koronavirusa yoluxanların yalnız 10 faizi eynək taxan pasiyentlərdir”.

Netesov infeksiyanın bədənə əsasən burun və gözün selikli qişası ilə daxil olduğunu xatırladaraq qoruyucu tibbi vasitələrə laqeyd yanaşmamağı tövsiyə edib.