- Maraq dairəsi
- 10:45
- 1 002
FTB Tayvanda çəkilən “yadplanetli” fotosunun saxta olmadığını açıqladı
Federal Təhqiqat Bürosu (FBI) Tayvanda çəkilmiş və sosial şəbəkələrdə “kosmosdan gələn varlıq” kimi təqdim olunan məşhur fotonun orijinal olduğunu bildirib.
Məlumata görə, görüntü 2011-ci ildə Tayvandakı Cya Min gölü yaxınlığında polis əməkdaşı Çen Yun Tsyan tərəfindən çəkilib. O, göl mənzərəsini telefonla çəkərkən sonradan fotoda dua edən mantisə bənzəyən yarı şəffaf böyük bir siluet aşkar edib.
Tayvan UFO Araşdırmaları Cəmiyyəti görüntünü araşdıraraq fotonun montaj olmadığını açıqlayıb.
Skeptiklər isə bunun smartfon kamerasında günəş işığının yaratdığı texniki artefakt ola biləcəyini iddia ediblər.
Məqalə müəlliflərinin iddiasına görə, fotonun orijinal versiyası FBI-a göndərilib və qurum da görüntünün saxta olmadığını təsdiqləyib.