Hücumlarla bağlı istintaq işinin başlansın Hücumlarla bağlı istintaq işinin başlansın

Suriya ABŞ-dan şikayət etdi - BMT-yə

Hücumlarla bağlı istintaq işinin başlansın

ABŞ-ın rəhbərlik etdiyi koalisiya mülki vətəndaşların ölümünə yol açan hücumlar təşkil edir, beynəlxalq hüquqları pozur.

Bu barədə Suriya Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatına göndərdiyi məktubda bildirilib.

Suriya XİN BMT-dən sözügedən hücumlarla bağlı istintaq işinin başlanmasını tələb edib:

"Koalisiyadakı ölkələrin beynəlxalq hüququ heçə saydıqları və bu ölkələrin hər hansı bir mənəvi dəyərə sahib olmadıqları bir daha sübut edilir. Ancaq həmin mənəvi dəyərlər vətəndaşların həyatına və insan haqlarına dəyər verilməsi lazım olduqda, başqalarına dərs verməyə ehtiyac duyulanda önə çıxır". (Axar.az)