"Paşinyan bunu hələ başa düşməyib". "Paşinyan bunu hələ başa düşməyib".

Belarusdan Paşinyana sərt cavab: “Deyəsən, bu adam...”

"Paşinyan bunu hələ başa düşməyib".

Ermənistan baş naziri Nikol Paşinyanın Qazaxıstan və Belarus rəhbərlərindən izahat tələb edəcəyi ilə bağlı sözlərinə rəsmi Minskdən artıq cavab gəlib.

Belarus Xarici İşlər Nazirliyinin İnformasiya və şifrəli diplomatiya idarəsinin rəisi A.Qlaz baş nazirə sərt reaksiya verib.

Belarus tərəfinin mövqeyi nazirliyin rəsmi saytında da yerləşdirilib.

“Deyəsən, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxs özünü cəzalandırmaq və ya rəhm etmək kimi səlahiyyətlərə malik beynəlxalq prokuror zənn edir.

Bu dil KTMT-nin keçmiş baş katibi, Ermənistan vətəndaşı Yuri Xaçaturovla bağlı keçər. Lakin beynəlxalq münasibətlərdə protokol və ədəbin dəqiq normaları mövcuddur.

Paşinyan yəqin ki, küçə demokratiyasının qaydalarının böyük siyasətdə qəbul olunmadığını hələ başa düşməyib. Ümid edirik ki, zamanla bu da həll olunacaq”, - deyə A.Qlaz bəyan edib.

Xatırladaq ki, Nikol Paşinyan bu günlərdə Azərbaycan səfiri ilə KTMT ətrafında yaranan situasiyanı müzakirə edən Aleksandr Lukaşenkodan və növbəti baş katibin Belarus nümayəndəsinin olacağını söyləyən Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən izahat tələb edəcəyini bildrimşdi.(musavat.com)

AzNews.az