“Ermənistanın arzusu reallaşmayacaq” “Ermənistanın arzusu reallaşmayacaq”

“Paşinyanın Türkiyə açıqlaması siyasi ritorikadır” - Politoloq

“Ermənistanın arzusu reallaşmayacaq”

"Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır, amma Dağlıq Qarabağ barədə ilkin şərt olmadan".

Bu sözləri Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Paşinyanın açıqlaması siyasi ritorikadan başqa bir şey deyil: “Türkiyə Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla sərhədləri bağlayıb. Azərbaycan-Türkiyə münasibətləri “iki dövlət bir millət” prinsipinə əsaslanır. Hazırda sərhədlərin açılması üçün real şərait mövcud deyil. Türkiyə əgər belə bir addım atsa, müttəfiq kimi Azərbaycanı itirə bilər. Bu Ermənistanın arzusudur, ancaq reallıqda baş verməyəcək”.

© AzNews.az