“Seçkilərin nəticələrindən Mərkəzi Seçki Komissiyasının qərarı açıqlandıqdan 5 gün sonra dekabrın 21-dək şikayət edilə bilər”. “Seçkilərin nəticələrindən Mərkəzi Seçki Komissiyasının qərarı açıqlandıqdan 5 gün sonra dekabrın 21-dək şikayət edilə bilər”.

Ermənistanın yeni parlamentinin ilk iclasının keçiriləcəyi tarix açıqlandı

“Seçkilərin nəticələrindən Mərkəzi Seçki Komissiyasının qərarı açıqlandıqdan 5 gün sonra dekabrın 21-dək şikayət edilə bilər”.

Ermənistanın yeni parlamentinin ilk iclası 2019-cu il yanvarın 7-də olacaq.

Bunu baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın başçılıq etdiyi “Vətəndaş Razılaşması” blokunun Mərkəzi Seçki Komnissiyasındakı nümayəndəsi Vaaqa Oavakimyan bildirib.

Onun sözlərinə görə, komissiya dekabrın 16-da növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqlayacaq: “Seçkilərin nəticələrindən Mərkəzi Seçki Komissiyasının qərarı açıqlandıqdan 5 gün sonra dekabrın 21-dək şikayət edilə bilər”.

Qeyd edək ki, dekabrın 9-da Ermənistan parlamentinə seçkilər keçirilib. (report)

AzNews.az