Ermənistanda "donuz qripi"ndən ölüm halı qeydə alınıb. Ermənistanda "donuz qripi"ndən ölüm halı qeydə alınıb.

Ermənistanda “donuz qripi”ndən ölən var

Ermənistanda "donuz qripi"ndən ölüm halı qeydə alınıb.

Bunu Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Artavazd Vanyan deyib.

O bildirib ki, ölən qadında müxtəlif xroniki xəstəliklər də aşkarlanıb. Bundan əvvəl qripdən bir uşağın ölməsi ilə bağlı yayılan xəbərlərə gəlincə, direktor laborator analizlər nəticəsində hər hansı virus infeksiyasının aşkar edilmədiyini vurğulayıb.

A.Vanyan qeyd edib ki, hazırda stastionar müəssisələrdə 693 nəfər qripdən müalicə alır, onlardan bəzilərinin vəziyyəti ağırdır: "Qriplə əlaqədar olaraq uşaq xəstəxanaları gücləndirilmiş rejimdə çalışır".

O əlavə edib ki, Ermənistanda əsasən A tipli, yəni H1N1 qripi yayılıb: "Poliklinikalara 1251 nəfər müraciət edib".(trend.az)

© AzNews.az