20 il ərzində Ermənistanı idarə edən cinayətkarların seçki saxtakarlıqlarına şərik olmağın özü ən ağır cinayətdir 20 il ərzində Ermənistanı idarə edən cinayətkarların seçki saxtakarlıqlarına şərik olmağın özü ən ağır cinayətdir

"Bu olmasa, Paşinyan hakimiyyəti də acı sonluqla üzləşəcək…" - Elman Babayev

20 il ərzində Ermənistanı idarə edən cinayətkarların seçki saxtakarlıqlarına şərik olmağın özü ən ağır cinayətdir

Bəzi beynəlxalq təşklilatların Azərbaycana qarşı tutduğu ədalətsiz mövqenin, ölkəmizə qarşı sərgilənən ikili standatrların illərdir şahidiyik. Ancaq əfsuslar olsun ki, bu fakt zaman-zaman gündəmə gətirilsə də, hər hansı fərqli yanaşmanın şahidi olmuruq. Üstəlik, bəzi daxili siyasi qüvvələr, nə qədər acı olsa da, həmin beynəlxalq qurumların Azərbaycana qarşı ikili standartlarla çıxış etməsinin hakimiyyət tərəfindən məqsədli şəkildə qabardılıması iddiasını da səsləndirməkdə idilər.

Son dövrlərdə Ermənistanda baş verən siyasi proseslər isə həmin beynəlxalq qurumların əsl mahiyyətinin nədən ibarət olduğunu tam çılpaqlığı ilə bir daha ortaya qoydu. Söhbət ondan gedir ki, Ermənistanda iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejiminin süqut etməsi fonunda həm bu ölkədə baş vermis biabırçılıqlar, həm də demokratiyadan danışan beynəlxalq qurumların ikiüzlü siyasəti danılması mümkün olmayan fakt kimi ortalığa çıxdı.

Ermənistanda son parlament seçkilərinə qədər hakimiyyətdə olan kriminal rejimin keçirdiyi bütün seçkilərdə çox ciddi saxtakarlıqlar baş verirdi və hakimiyyət növbəti dəfə qəsb edilirdi. Ancaq biz nəyin şahidi olurduq? Beynəlxalq qurumlar, hansı ki demokratiya çarçısı kimi çıxış edirlər, bu saxtakarlıqlara göz yumurdular. Və nəticədə bu rejimin hakimiyyəti qəsb etməsinə dəstək verirdilər. Bu qurumların Ermənistandakı rejimin seçki oyunlarına göz yumması faktı Azərabaycanın rəsmi dairələri tərəfindən dəfələrlə gündəmə gətirilsə də, heç bir nəticə hasil olmurdu. Ermənistandakı son seçkilərdən sonra üzə çıxan biabırçı mənzərə isə bu dəfə erməni havadarlarının illərdir tutduğu ədalətsiz mövqeni tam ifşa etmək üçün yetərli oldu.

Son parlament seçkiləri sübut etdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal qruplaşma heç 5 faiz də səs yığa bilməyib. Bununla belə, son illərdə keçirilmiş istər prezident, istərsə də parlament seçkilərində özlərinə 50 faizdən çox səs yazdırıblar. Avropa Şurası, Avropa Parlamenti və demokratiyanın beşiyi kimi kimi çıxış edən beynəlxalq qurumlar isə nə yazıqlar ki, bu seçkilərə müsbət rəy veriblər. Ortada danılmaz reallıq var-erməni xalqının nifrət etdiyi kriminal rejim bütün seçkilərdə saxtakarlıqla qələbə qazanıb və hakimiyyətin qəsb olunmasında bəzi beynəlxalq qurumlar da yaxından iştirak ediblər. Onları bu siyasi iyrənclikdə iştiraka sövq edən isə maddiyyatın olduğu inkaredilməzdir. Belə ki, kriminal rejimin dövründə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə olub və beynəlxalq arenada konyak diplomatiyası işə salınaraq bir çox siyasətçilər satın alınıb. Əsas məqsəd isə rejimin seçki oyunlarına göz yummaq, kriminal qrupun seçkidə saxta nəticələri demokratik seçkilər kimi qələmə vermək olub.

Bütün bunlar erməni lobbisinin əlində alətə çevrilən həmin siyasətçilərin əməllərinin beynəlxalq orqanlar tərəfindən ciddi şəkildə araşdırılmasını, onların məsuliyyətə cəlb olunmasını zəruri edir. Bu, ilk nöbvədə bir sıra beynəlxalq qurumların öz imiclərini bərpa etmək üçün lazımdır. Əgər bu baş verməsə həmin beynəlxalq qurumların onsuz da son dövrlər kirlənmiş imiclərinə daha bir zərbə vurulmuş olacaq. Sarkisyan rejiminin kriminal əməllərinə dəstək verən beynəlxalq mandat daşıyan siyasətçilərin cinayətlərinə qiymət verilməməsi, həm də bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən demokratiya, insan haqları haqqında bəyanatlarının cəfəngiyyat olduğu bir daha təsdiqini tapacaq. 20 il ərzində Ermənistanı idarə edən cinayətkarların seçki saxtakarlıqlarına şərik olmağın özü ən ağır cinayətdir və buna mütləq qiymət verilməlidir.

Ermənistandakı kriminal rejimin hakimiyyətdən uzaqlaşmasında, öz layiq olduğu yeri almasında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən siyasətin rolu isə danılmazdır.

- Ermənistan işğalçılıq siyasətinə görə, Azərbaycan tərəfindən bütün regional layihələrdən təcrid edilib;

- Beynəlxalq arenada Azərbaycanın mövqelərinin güclənməsi və hətta Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da işğalçı ölkə tam təklənib, özünə dəstək qazana bilmir;

- Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasətinin digər nəticəsi kimi Ermənistan iqtisadiyyatı demək olar ki, çöküb. Ermənistan çox dərin demoqrafik böhran içindədir və əhalinin azalması prosesi geniş vüsət alıb.

Bu kimi faktlar yetərincədir. Azərbaycanın Ermənistanı təcrid etmək üçün bundan sonra da bütün vasitələrdən istifadə edəcəyi isə Prezident İlham Əliyev tərəfindən növbəti dəfə bəyan edilib. Bu o vaxta qədər davam edəcək ki, Azərbaycan torpaqları işğaldan azad olunsun.

İndi qalır, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət nəticəsində çökən kriminal rejimin yerinə hakimiyyətə gələn qüvvələrin bundan nəticə çıxartması. Bu isə qaçılmazdır və yeni hakimiyyət özü də bunu dolayısı ilə etiraf etməkdədir. Belə ki, Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan yeni il bayramı tətilindən sonra erməni sahibkarlarla görüşüb. Paşinyanın arvadının redaktoru olduğu “Aykakan Jamanax” qəzeti görüşlə bağlı məlumatında maraqlı məsələyə toxunub. Paşinyan şikayətlənib ki, Ermənistanda baş vermiş siyasi dəyişikliklərə baxmayaraq ölkənin iqtisadi həyatında fəallıq çox aşağıdır, hərçənd gözləntilər çox idi.

Bu etirafın özü hər hansı “məxməri inqilab”ın Ermənistanı xilas edə biləməyəcəyini sübut edir. Problemlərdən xilas olmağın yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. Bu olmasa, Azərbaycanın Ermənistanı təcrid siyasəti davam edəcək və Paşinyan hakimiyyəti də acı sonluqla üzləşəcək…

Elman Babayev

AzNews.az