Tural Gəncəliyev Vilyam Qil ilə görüşüb. Tural Gəncəliyev Vilyam Qil ilə görüşüb.

Tural Gəncəliyev amerikalı diplomatla görüşdü

Tural Gəncəliyev Vilyam Qil ilə görüşüb.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev ABŞ-ın Azərbaycandakı səfir əvəzi, müvəqqəti işlər vəkili Vilyam Qil ilə görüşüb.

Bunu icma rəhbəri bildirib.

Görüş zamanı bir sıra məsələr üzrə fikir mübadiləsi olub.

"Maraqlı fikir mübadiləsi oldu. Azərbaycanın beynəlxlaq tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının birgə yaşayışının mümkünlüyü, konstruktiv dialoq və təmasların qurulması haqqında mövqeyimizi amerikalı diplomatın diqqətinə çatdırdım. Bundan ötrü işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması, oradan qovulmuş azərbaycanlıların dərhal geriyə dönməsinin əhəmiyyətini qeyd etdim",- deyə o bildirib.

T. Gəncəliyevin sözlərinə görə, ABŞ diplomatı görüşdən məmnun qaldığını və Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izlədiyini qeyd edib.(report.az)

© AzNews.az

image description