Bunu Birliyin sədri Aşot Barseqyan bildirib. Bunu Birliyin sədri Aşot Barseqyan bildirib.

Ermənistanda restoran sahibləri Paşinyandan narazıdır

Bunu Birliyin sədri Aşot Barseqyan bildirib.

Ermənistan Restoranlar Birliyinin üzvləri vergi məsələsində Ermənistanın baş naziri Nikol Paşinyanla razılığa gələ bilməyiblər.

Bunu Birliyin sədri Aşot Barseqyan bildirib.

A.Barseqyan uzun müzakirələr apardıqlarını və 2018-ci ildə qüvvəyə minən vergi dərəcələrinin saxlanmasının zəruriliyi məsələsində həmrəy olduqlarını bildirib:

"Lakin gələcək artım və müddətlə bağlı razılığa gəlməmişik, çünki bundan sonra nə olacağını bilmirik. Yeni vergi qoyma yolları haqqında qərar qüvvədə saxlansa, restoran xidmətlərinə görə qiymətlər mütləq qalxacaq. Bunu uzun illər ərzində həyata keçirmək lazımdır ki, hər kəs uyğunlaşa bilsin, qiymət artımında problem yaranmasın. Bizim qənaətimizcə, hökumət şok dəyişikliyə əl atıb. Vergini birdən-birə belə artırmaq olmaz, yükümüz ağırlaşıb. Bunu tədricən etmək lazım idi".

Qeyd edək ki, son vaxtlar restoran sahibləri dövriyyədən tutulan verginin qaldırılmasından şikayət edirlər. Ermənistanda 2018-ci il iyulun 1-dən kv.m-ə görə vergi dövriyyədən 6 faizlik vergi ilə əvəz olundu. Cari il yanvarın 1-dən isə vergi dərəcəsi 8 faiz təşkil edir. 2020-ci ildə vergi dərəcəsinin daha 2 faiz artırılması nəzərdə tutulur. Xidmət sahəsində fəaliyyət göstərən təqribən 200 şirkət bu vergi sisteminin əleyhinədir və dərəcənin dəyişməz, yəni 6 faiz səviyyəsində saxlanmasını tələb edir.

Xatırladaq ki, ötən il noyabrın sonlarında Ermənistan Restoranlar Birliyinə daxil olan ictimai iaşə müəssisələri etiraz əlaməti olaraq qapılarını müştərilərinin üzünə bağlamağa hazır olduqlarını bəyan etmişdilər. Birliyin bəyanatında deyilirdi ki, restoran rəhbərləri uzun müddətdir N.Paşinyana, Gəlirlər üzrə Komitəyə yazaraq onları çətin vəziyyətə salan və qiymətlərin artmasına səbəb olan yeni vergitutma növündən narazılıqlarını bildirsələr də, onların müraciətinə cavab verilməyib.

Noyabrın 24-də N.Paşinyana növbəti məktub ünvanlanıb. Restoran nümayəndələri qərar qəbul ediblər ki, ilkin xəbərdarlıq qismində bir gün ərzində yeni vergi sisteminə etiraz olaraq heç bir xidmət göstərməyəcəklər. Qeyd olunurdu ki, belə bir addımın səbəbi müvafiq dövlət qurumlarının - Gəlirlər üzrə Komitənin və Maliyyə Nazirliyinin fəaliyyətsizliyidir.(trend.az)

© AzNews.az