Koçaryanın oğlunu da həbs gözləyir

Robert Koçaryan hazırda həbsdədir.

Ermənistanda fəaliyyət göstərən “Naira” sığorta şirkəti dövlətdən 200 milyon dram (400 min dollar) həcmində vergi yayındırıb.

Şirkət Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryana məxsusdur.

Məsələ ilə əlaqədar Ermənistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa dair Mübarizə İdarəsi tərəfindən istintaq başladılıb.

Qeyd edək ki, Robert Koçaryan hazırda həbsdədir. O, 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edən insanlara odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham olunur.(teleqraf.com)

© AzNews.az