“Ermənilərin törətdiyi cinayətlərlə bağlı...” - Xanlar Vəliyev

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ermənilərin törətdiyi cinayətlərdən danışıb.

Hərbi prokuror Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş bütün cinayətlərin, o cümlədən sülh və insanlıq əleyhinə olan cinayətlərin, müharibə, terrorçuluq cinayətlərinin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə Hərbi Prokurorluqda aparılan istintaq barədə məlumat verib.

X.Vəliyev bildirib ki, həmin cinayət işləri üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri yerinə yetirilir: "2018-ci ildə Xüsusi istintaq şöbəsində icraatda olmuş cinayət işləri üzrə bir təqsirləndirilən şəxs K.A.Ğazaryana Azərbaycan Respublikası CM-nin 29,120.2.1; 29,120.2.7; 29,120.2.12; 214.2.1; 214.2.3 və digər maddələri ilə ittiham elan edilib və Qazax Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək cinayət işinin istintaqı tamamlanıb, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib.(report.az)

© AzNews.az