- Qayıdış
- 18 Fevral 2019 20:23
- 3 190
Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi başladı
Üç pilləli komanda-qərargah təlimi iki mərhələdə icra edilir.
Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, “Həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarəetmə sistemləri vasitəsilə idarə olunması praktiki həyata keçirilir.
Üç pilləli komanda-qərargah təlimi iki mərhələdə icra edilir.
Təlim fevralın 23-dək davam edəcək.
AzNews.az