Ermənistanda Yerevan-Armavir marşrut xəttinin sürücüləri tətilə başlayıblar. Ermənistanda Yerevan-Armavir marşrut xəttinin sürücüləri tətilə başlayıblar.

Ermənistanda avtobus sürücüləri və dəmiryolçular tətil edirlər

Ermənistanda Yerevan-Armavir marşrut xəttinin sürücüləri tətilə başlayıblar.

Sahibkar Şuşan Xaçatryan Paşinyanın bir il əvvəl seçki ərəfəsində Armavirdə səfərdə olarkən vəd etdiyi heç bir problemi aradan qaldırmadığını bildirib. O, baş nazirin sözünə inanaraq bankdan 250 min dollar vəsait götürüb və yeni mikroavtobuslar alıb. “Mən 30 ildən çoxdur bu sahə ilə məşğulam. Ölkədə hazırda özbaşınalıq, qanunsuzluq mühiti hökm sürür. 1992-ci ildən Armavir-Yerevan xəttinin qanuni sahibi mən ola-ola müəyyən qurumlar mənim işimə süni manelər, əngəllər yaradaraq işləməyə imkan vermirlər. Səbəb nədir bilmirəm. Əvəzində qanunsuz olaraq dövlətə heç bir vergi vermədən başqa marşrutlar bizim xəttə girərək sərnişinlərə xidmət edir. Gedin avtovağzala çəkilişlər aparın və görün orada nə özbaşınalıqlar baş verir. Banklardan yüksək faizlə pul alaraq istifadəyə verdiyim yeni marşrutlarım qalıb bir kənarda, köhnə-yararsız, şəxsi dövlət nömrələri ilə digər marşrutlar sərbəst şəkildə bizim üçün ayrılan zolaqdan sərnişinləri yığırlar”, - deyə narazı sahibkar vurğulayıb. Tətil elan edən sürücülər düz 7 aydır bu haqsızlıqlara qarşı mübarizə apardıqlarını bildirirlər.

Alaverdidə isə dəmiryolçular tətilə başlayıblar. Bildirilir ki, Ermənistan iqtisadiyyatında hökm sürən böhranlı vəziyyət dəmir yolu sisteminə də öz təsirini göstərib. Ölkədə stansiyaların bərbad vəziyyətdə olması bir çoxlarının bağlanmasına səbəb olub. Sərnişin çatışmazlığı ucbatından biletlərin qiyməti aşağı salınıb. Bununla da vəziyyət düzəlməyib. Dəmir yolu sisteminə daxil olan stansiyalardan bir neçəsinin fəaliyyəti dayandırılıb. İşçilərin əməkhaqqıları isə aylarla gecikdirilir. Tətil elan edən dəmiryolçular problem həllini tapana qədər işə çıxmayacaqlarını bildirirlər.(AZƏRTAC)

AzNews.az