"Aprel döyüşləri ermənilərlə tarixi qarşıdurmanın bir hissəsidir". "Aprel döyüşləri ermənilərlə tarixi qarşıdurmanın bir hissəsidir".

Zakir Həsənov: “Ermənilər bədbəxt millətdir”

"Aprel döyüşləri ermənilərlə tarixi qarşıdurmanın bir hissəsidir".

“Erməni xalqı yüz illərlə digər imperiyaların əlində alət olaraq türk millətinə və müsəlmanlara qarşı soyqırımlar törədib. Biz bu tarixdən nəticə çıxarmalı, onu unutmamalı və xalqımızı, millətimizi, Vətənimizi və ana-bacılarımızı müdafiə etməliyik”.

Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan dövləti gücləndikcə bəzi qüvvələr ermənilərdən ölkəmizə və millətimizə qarşı istifadə etməyə başlayırlar: “1918-ci ildə ermənilərə Azərbaycan torpaqları üzərində dövlət qurmaları üçün imkan yaradıldı. Buna baxmayaraq, onlar öz dövlətini qurduqdan sonra Azərbaycana, xalqımıza və türk millətinə qarşı cinayətər törətdilər. Ona görə də biz bu tarixi hadisələrdən nəticə çıxarmalıyıq. Ermənilər hər zaman Azərbaycan dövlətçiliyinə qarşı düşmən mövqedə durublar və duracaqlar. Buna görə də biz həmrəy olmalı və xalqımızı müdafiə etməliyik. Azərbaycan höküməti dövlətin gücləndirilməsi üçün planlı şəkildə ciddi işlər həyata keçirir. Daxili və xarici, eləcə də ordu quruculuğu istiqamətində ciddi işlər görülür. Azərbaycan gücləndikcə ermənilər daha da fəallaşmağa başlayırlar. Onlardan istifadə edirlər. Ermənilər bədbəxt millətdirlər. Onlar böyük dövlətlərin əlində alətə çevriliblər”.

Müdafiə naziri vurğulayıb ki, aprel döyüşlərindən öncə Müdafiə Nazirliyinin zabitləri təxribatların qarşısının alınması üçün planlar hazırlayıb: “Azərbaycan gündən-günə güclənir. İlk olaraq ölkənin iqtisadiyyatı, daha sonra isə ordusu güclənir. Prezident İlham Əliyevin Azərbaycan Ordusunda həyata keçirdiyi islahatların nəticəsi olaraq ordumuz gücləndi və düşmənə sarsıdıcı zərbələr endirdi. Aprel döyüşlərindən öncə də bizim ermənilərlə toqquşmalarımız olub. Misal üçün, 2015-ci ildə ermənilər böyük itkilər verdilər. Bundan sonra onlar birləşib təxribatlar törətməyi fikirləşdilər və bu təxribatlara 2016-cı ilin aprelində əl atdılar. Məndən bəzən soruşurlar ki, aprel döyüşlərində əmri kim vermişdi? Biz hərbçi olaraq hər zaman düşmənin təxribatına hazır olmalıyıq. Bu planlar öncədən hazırlanır və təsdiqlənir. Eləcə də, həmin planlar hərbi hissələrdə müəyyən vəzifəli şəxslərə payanılır. Yəni, təxribatın qarşısının alınması qabaqcadan bilinir. Bu planlaşdırılmışdı və ümumi plan Ali Baş Komandan tərəfindən təsdiqlənmişdi”.

AzNews.az