Ermənilər İranın daxilində ABŞ-ın xeyrinə casusluqla məşğul olurlar Ermənilər İranın daxilində ABŞ-ın xeyrinə casusluqla məşğul olurlar

Ermənistan İrana qarşı ABŞ planına qoşulub

Ermənilər İranın daxilində ABŞ-ın xeyrinə casusluqla məşğul olurlar

Xəbər verildiyi kimi, Rusiya Federasiyanın Elmi-tədqiqat “Ali iqtisadiyyat məktəbi” universitetinin professoru Oleq Matveyçev Ermənistan mətbuatına verdiyi müsahibəsində Ermənistanı ABŞ-ın əlində İrana qarşı alət kimi təqdim edib.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu mövzu ilə bağlı AzNews.az-a açıqlama verib.

O, O.Matveyçevin sözlərində qeyri-adi bir şeyin olmadığını deyib:

"Ermənilər İranın daxilində ABŞ-ın xeyrinə casusluqla məşğul olurlar. Hətta ABŞ vətəndaşı olan erməni qadın bir neçə dəfə İrana gedib gəldikdən sonra sərhəddə saxlanılıb. ABŞ-ın Ermənistanda Vorotan Su Elektrik Stansiyasını almaqda məqsədi də məhz İran ərazisində casusluq həyata keçirən qurğuları yerləşdirmək idi".

Politoloq hesab edir ki, Ermənistanda İran rəsmilərinin ABŞ-a müraciəti ilə bağlı konkret adlar və ərizələr var:

"Bir sıra İran rəsmiləri Ermənistan vasitəsilə ABŞ-dan Qrinkart və yaxud digər sənədlər alıblar, ailə üzvlərini ABŞ-da yaşamağa göndəriblər. Bu mənada Ermənistanın ABŞ-ın əlində İrana qarşı alət olması heç bir təəccüb yaratmır. Bu baxımdan O.Matveyçevin sözü mötəbər fikirdir. Çünki Matveyçev özü Moskvada Amerikanın təsis etdiyi, maraqlarına uyğun olan ali məktəbdə işləyir. Eləcə də onun həyat yolu eynilə RT kanalının rəhbəri Marqarita Simonyanın siyasi həyat yolu kimidir. Hər ikisi Amerikapərəst gənc kimi fəaliyyətə başlayıblar və Amerikanın bütün vacib proqramlarında iştirak edib, təhsil kurslarını keçiriblər. Sadəcə sonradan nəyinsə hesabına Amerikadan üz döndərib, Rusiyaya tərəf çevriliblər. Ona görə Matveyçev Amerikanın region siyasətinin, “məxməri inqilab” törətməyin incəliklərini bilən şəxsdir".

Mübariz Əhmədoğlu xatırladır ki, ABŞ Dövlət Katibinin müavinin yardımçısı C.Kentin regiona səfəri zamanı yalnız Ermənistanda müqavilə imzalanıb:

"ABŞ-Ermənistan münasibətləri hal-hazırda ən minimum həddədir, çünki Paşinyanı Amerika hakimiyyətə gətirsə də, o, Rusiyanın maraqlarına işləyir. Amma N.Paşinyan görünür, ABŞ-ın maraqlarına gizli işləməyə etibarlı təminatlar verdiyi üçün artıq ABŞ N.Paşinyana inanır və ona görə də maliyyə vəsaiti ayırmağa başlayıb".

"ABŞ üçün Ermənistanın yerləşdiyi coğrafiyada ən aktual mövzu İran məsələsidir" deyən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru qeyd edir ki, C.Bolton gələndə müəyyən söhbətləri aparıb, ancaq Ermənistan tərəfi bunu təkzib etsə də sonradan bəlli olur ki, ABŞ-ın əlində Ermənistanın anti-İran olmasına əsaslar var və ona görə də ABŞ bundan istifadə edir.

Politoloqun fikrincə, N.Paşinyanın İrandan qayıdan kimi İsrailə 2 nümayəndə heyəti göndərməsi göstərir ki, Ermənistan özü İranın daxilində ABŞ-ın maraqlarına cavab verən iş aparmaqda həvəslə maraqlıdır və İsrail ABŞ-dan aldığı məlumatlar əsasında Ermənistanı İrana qarşı layihələrə cəlb edəcəyinə çox inanır:

"Yeri gəlmişkən, çox böyük ehtimalla Aİ-nin son tədbirində də Ermənistana ABŞ-dan gələn siqnal əsasında dəstək göstərilib. Deməli, ABŞ Aİ-yə Ermənistanın anti-İran layihələrdə iştirak etməsi ilə təsir edir. Yəqin ona görə də Dağlıq Qarabağ məsələsində Ermənistanın maraqlarına zidd olan addımlar atılmır".

Mübariz Əhmədoğlu fikrini belə tamamlayıb: "ABŞ-ın Ermənistanda qurduğu casus şəbəkə İran üçün ciddi nəticələr yarada bilər".

AzNews.az