Bu barədə ölkənin futbol federasiyasının prezidenti Artur Vanetsyan açıqlama verib Bu barədə ölkənin futbol federasiyasının prezidenti Artur Vanetsyan açıqlama verib

UEFA Ermənistandakı stadionu diskvalifikasiya edə bilər

Bu barədə ölkənin futbol federasiyasının prezidenti Artur Vanetsyan açıqlama verib

UEFA Ermənistanın paytaxtı Yerevandakı Vazgen Sarkisyan adına Respublika Stadionunu diskvalifikasiya edə bilər.

Bu barədə ölkənin futbol federasiyasının prezidenti Artur Vanetsyan açıqlama verib.

O bildirib ki, arena beynəlxalq standartlara cavab vermədiyi üçün belə cəza ilə üzləşə bilər. Federasiya rəhbəri vəzifələrinin yeni bir stadion tikməkdən ibarət olduğunu deyib. Vanetsyan idman qurğusu üçün lazım olan 100 milyon dolların büdcədənkənar mənbələrdən alınacağını və 10-15 hektar ərazinin lazım olacağını sözlərinə əlavə edib.

Qurumun prezidenti həmçinin Yerevanda ən böyük stadion olan "Razdan"ın müasirləşdirilməsi üçün böyük miqdarda pulun tələb olunduğunu bildirib: "Bu arena yenidən qurulsa belə, təhlükəsizlik səbəbindən beynəlxalq tədbirlərə uyğun olacağı inandırıcı deyil".

Qeyd edək ki, Yerevandakı 15 min azarkeş tutumuna malik Vazgen Sarkisyan adına Respublika Stadionu 1930-cu illərdə inşa edilib və son olaraq 1990-cı illərdə yenidən qurulub.(report.az)

AzNews.az