Hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək Hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək

Zakir Həsənov Belarusa gedir

Hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun Müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyinin Mətuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunan təntənəli tədbirlərdə iştirak edəcək.

Müdafiə nazirinin həmçinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək.

AzNews.az