- Qayıdış
- 28 İyul 2019 11:30
- 2 606
Ermənilər dövlət sərhədində döyüş mövqelərimizi snayperlərlə atəşə tutdu
Məlumatı DSX-nin Mətbuat Mərkəzi yayıb
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.