ABŞ-ın etrirazlarına baxmayaraq, Ermənistan hərbçiləri Rusiya ilə birlikdə Suriyada fəaliyyətlərini davam etdirirlər ABŞ-ın etrirazlarına baxmayaraq, Ermənistan hərbçiləri Rusiya ilə birlikdə Suriyada fəaliyyətlərini davam etdirirlər

Ermənistanda istefalar: artıq yaxın ətrafı da Paşinyana inanmır - ŞƏRH

ABŞ-ın etrirazlarına baxmayaraq, Ermənistan hərbçiləri Rusiya ilə birlikdə Suriyada fəaliyyətlərini davam etdirirlər

Dünya çox kiçikdir deyənlər həmişəki kimi yenə haqlı çıxdılar. Antarktida, Cənub qütbündə pinqvin yumurtasından yeni cücə çıxanda, yaxud Şimalda ağ ayı balalayanda bütün dünya xəbər tutur. Belə məkanda Ermənistan hakimiyyətində baş verənlərin qeyri-rəsmi şəkildə doğru yayılmasında qəribəlik yoxdur.

Ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan istefa verib. Bundan bir neçə gün əvvəl isə “Qraparak” hökumət mənbələrinə istinadən yazmışdı: “Ermənistanın baş naziri Nikol Paşinyanla işləmək çətindir, o əsəbidir, dəngəsizdir, özündən tez çıxır, adamı təhqir edə bilər”. Həmin məlumatda bildirilmişdi ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan işdən azad olunmaq barədə istefa ərizəsi yazıb, ancaq Nikol Paşinyanın çağırışından sonra işləməyə razılıq verib: “Bu məlumatı dövlətin uyğun qurumları təkzib etdi. Ermənistan kiçik dövlətdir və bir qayda olaraq, belə informasiya həqiqətəuyğun olur. Artur Vanesyanın istefası məsələsini araşdırarkən öyrəndik ki, təkcə o, deyil, hökumətin az qala bütün üzvləri işdən öz istəkləri ilə azad olunmalarına dair ərizə yazıb. Belə ərizələri ya Nikol Paşinyan, ya da müraciət edənlər özləri cırırlar. Belə ərizələri baş nazirin müavinləri, nazirlər və şəhər valiləri yazıblar. Məsələ Nikol Paşinyanla işləməyin asan olmamasındadır. O, özündən tez çıxır, əsəbləşəndə adamı təhqir edə və “ərizəni yaz” deyə bilər. Sakitləşəndən sonra bəzən etdiyi hərəkətə görə təəssüflənir. Ancaq kabinet işçiləri belə davranışa dözmür. İşi buraxıb getməyə cəhd göstərirlər”.

1979-cu ildə anadan olan Artur Vanesyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci il mayın 10-dan isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Məşğul olduğu sahə üzrə Rusiyada təhsil almasına baxmayaraq, özünü Nikol Paşinyan hökumətinin ən sədaqətlli üzvü kimi göstərməyə çalışmışdı.

Bəs Vanesyan niyə istefa verib: Paşinyanın əsəbi xarakterli olması, Rusiya ilə əlaqəsi, Qarabağ məsələsində hökumət başçısı ilə fikir ayrılığı, telefon danışığı zamanı buraxılan səhv, 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı sənədlərin itməsi və s. Bütün bunların səbəb olması üçün əsaslar var. O, bu ilin mayında bildirmişdi ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən 2008-ci ilin mart hadisələri ilə bağlı itən sənədlərdən xəbəri var, ancaq bu informasiyanı açıqlaya bilməz. O qeyd etmişdi ki, “məxməri inqilab"dan əvvəl keçmiş hakimiyyətin təmsilçiləri Milli Təhlükəsizlik Xidmətində bir sıra sənədləri məhv ediblər. İtən sənədlərin sayından və məzmunundan heç kimin məlumatı yoxdur. Nikol Paşinyan isə bunu cinayət adlandırmışdı.

Deməli, təxminən bir il əvvəl, sentyabrın 11-də internetdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında telefon danışığının səs yazısı yayılmışdı. Onlar 8 dəqiqədən çox etdikləri söhbət zamanı Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbs olunmasını, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı başlayan cinayət işlərinin müzakirəsini aparmışdılar. Bu məsələ üzrə başlayan cinayət işlərinin istintaqının aparılması Baş İstintaq İdarəsinə həvalə edilib.

Artur Vanesyan istefa ərizəsində bildirib ki, bu addımı hökumətin ayılması üçün atıb. Sonda “Dayan!” deyə vurğulaması Nikol Paşinyanın dağıdıcı fəaliyyəti və kabinetindəki çatın böyüyəcəyinə işarə sayıla bilər. MTX-nin keçmiş direktoru bir müddət əvvəl bəzi qüvvələrin Nikol Paşinyanla onu hakimiyyətdən uzaqlaşdırmaq istədiklərini açıqlamışdı. Rusiyada təhsil alması Vanesyanın bu ölkəyə münasibətinə də təsir göstərə bilər. Bu baxımdan ola bilər ki, Paşinyanın Rusiya ilə davranışı onu qane etməyib və ya əksinə. Bütün hallarda Rusiya amili istefada nəzərə alınacaq başlıca amil sayıla bilər. Rəsmi olmayan məlumatlara əsasən, Vanesyanın anası Marqarita Azaryan da tutduğu vəzifədən azad edilə bilər. O, 2018-ci ilin iyununda hökumətin Kadrlar idarəsinin rəisi və baş nazir administrasiyası heyətinin rəisi vəzifəsinə təyin edilmişdi. Paşinyan cari ilin aprelində onu tutduğu vəzifədən azad etdi. Bundan sonra Marqarita Azaryan Ermənistan prezidenti Armen Sarkisyanın köməkçisi təyin olundu. O, 1998-2002-ci illərdə prezidentin məktublar bölməsinin rəisi işləyib. Başqa sözlə, Robert Koçaryanı komandasında təmsil olunub. Görünür, M.Azaryanın bu vəzifədə işləməsi ilə Vanesyana Rusiyada təhsilini davam etdirməyə imkan yaradıb.

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan Dağlıq Qarabağdadır. O, Füzuli rayonuna yollanaraq Xankəndindəki terrorçu rejimin rəhbərliyi ilə Araz çayı sahillərində erməni yaşayış məntəqələrinin yaradılması və bura ermənilərin köçürülməsi məsələlərini müzakirə edib. O, Qarabağ məsələsində də Ermənistanın işğalçı olduğunu təsdiqləmişdi: “Qarabağdakı torpaqların Azərbaycana veriləcəyi barədə iddialar əsassız sözlər, boşboğazlıqdır. Qarabağın bir qarışını da Azərbaycana verməyəcəyik”.

Hazırda hakimiyyətdə də məsələyə birmənalı münasibət bildirən hələ ki yoxdur. Nikol Paşinyanın köməkçisi Vanesyanı zabit ləyaqətini itirməməyə çağırıb. Ermənistan parlamenti sədrinin müavini Alen Simonyan isə keçmiş direktorun istefasını dəyərləndirməkdə çətinlik çəkdiyini vurğulayıb. Ölkə KİV-inin yaydığı məlumata əsasən, Vanesyandan sonra müdafiə naziri David Tonoyan və Ermənistanın polis rəisi Valeri Osipyan da istefaya göndəriləcək. Sentyabrın 16-da Ermənistan parlamentində güc strukturlarına rəhbərlərin təyin edilməsi haqqında sənədə dəyişikliklər birinci oxunuşda qəbul edilib. Dəyişiklik baş nazirə polis rəisi, MTX rəhbərliyinə bu sahənin mütəxəssisi olmayan Ermənistanın 25 yaşı tamam olmuş, 4 il ölkə ərazisində yaşamış istənilən vətəndaşını təyin etməyə imkan verir. Bəhs etdiyimiz dəyişikliklə Nikol Paşinyan gələcək təyinatlarına hüquqi don geyindirir. Bununla belə, keçmiş direktorun yerinə isə böyük ehtimalla Ermənistan polis rəisinin müavini Vaqe Kazaryan təyin olunacaq. Keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın da adı hallanır. Baş verənlərə əsasən demək olar ki, Nikol Paşinyan komandasında yeni istefalar baş verə, yaxud bəzi məmurlar istefaya göndərilə bilər.

Elə ötən gün Ermənistanın hakim “Mənim addımım”ın parlament fraksiyası Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam vermək istiqamətində prosesə başladıqlarını açıqlayıb. Buna səbəb olaraq H.Tovmasyanın vəzifəsində pozuntulara yol verdiyi və səlahiyyətlərindən sui-istifadə etdiyi göstərilir. Bu məsələ ilə bağlı son qərar Konstitusiya Məhkəməsi tərəfindən veriləcək. Qeyd edək ki, Konstitusiya Məhkəməsi Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Koçaryanın sərbəst buraxılması barədə qərar qəbul etmişdi.

Bütün müdriklər dövlətin hirs, əsəb və ambisiya ilə də idarə edilmədiyini tövsiyə ediblər. Bunlar hökumət başçısına da yanlış qərarlar qəbul edirər. Belə başçılar bir dəfə etdikləri səhvləri təkrarlayarlar. Belə ehtimal etmək olar ki, sentyabrın 16-da Nikol Paşinyan ölkəsinin inkişafına dair real olmayan rəqəmlər açıqladı. Bu, özünü onun Ermənistan iqtisadiyyatının inkişafına dair yalan məlumatlarında, Qarabağla bağlı verdiyi bəyanatında da göstərdi. Baş nazir ölkədə inkişafdan ağız dolusu danışdığı sirr deyil. Çünki bu hökumət “Nairit” kimya zavodu ilə bağlı mövcud problemi hələ də həll edə bilməyib. O, bunu Vanadzorda keçirdiyi mətbuat konfarsında açıqlayıb: “Sərmayə qoyuluşu ilə bağlı söz verən real təklif irəli sürəndən çoxdur”. Xatırladaq ki, bu zavod Ermənistanın strateji müəssisələrindən sayılır. Zavodun sahibi "Rhinoville Property Limited" şirkətidir. "Nairit" xloropren kauçuk istehsal edir. 2014-cü ilin əvvəlində Ermənistan hökuməti zavodu qoruyub saxlamaq üçün Rusiyanın “Rosneft” şirkəti ilə danışıqlar aparıldığını bəyan etmişdi. Ancaq 2014-cü ilin sentyabrında Ermənistanın energetika naziri “Rosneft”in zavoda sərmayə qoymaq planlarından xəbərsiz olduğunu deyib. "Rhinoville Property Limited" şirkətinə məxsus zavodun istehsal etdiyi məhsula tələbat azaldığından 2008-ci ildən istehsalat dayandırılıb. Təmizlik işləri ilə məşğul olan “Sanitek” şirkətinin işçilərinin də tələbləri təmin edilməyib. Yerevanın küçələrinin təmizlənməsində problem həll olunmayıb. Paytaxtın əsas və məhəlli küçələrində zibillər zamanında götürülmür, küçələr süpürülmür.

ABŞ-ın etrirazlarına baxmayaraq, Ermənistan hərbçiləri Rusiya ilə birlikdə Suriyada fəaliyyətlərini davam etdirirlər. Nikol Paşinyan mətbuat konfransında Dağlıq Qarabağ məsələsindən danışıb. Bildirib ki, problemin həlli tərəfləri qane etməlidir, əks halda “Qarabağ Ermənistanındır, nöqtə!” Belə çıxır, hökumət üzvləri ilə davranışında hirs, əsəb, dözümsüzlük göstərən Nikol Paşinyan Suriya və Qarabağ məsələsində ona tutulan iradlara və etirazlara məhəl qoymamaqla inadkarlıq edir. Belə inadkarlıq isə kütlük əlamətidir. Qarabağ məsələsi Ermənistanda hakimiyyətdəkilər üçün əsas tutacaqdır. Qalxanda da, batanda da ondan tuturlar. Belə çıxır ki, vəziyyəti ağır olduğundan Paşinyan qeyd etdiymiz əvvəlki səhvini təkrarlayıb.

Beləliklə, Vanesyanın istefası Paşinyanı ayıldacaqmı?! (Report)