Deputat: "Hamımız bilirik ki, Rusiya Ermənistanı müdafiə edir"

"Qarabağın azadlığı üçün danışıqları Rusiya ilə aparmalıyıq"

Xəbər verdiyimiz kimi, Rusiyanın XİN rəhbəri “Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz məhz bu mövqedən çıxış edirik, – deyə bildirib.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Lavrovun açıqlamasına təəccüblənmək lazım deyil:

“Biz hamımız bilirik ki, Rusiya Ermənistanı müdafiə edir və məhz bu səbəbdən, biz torpaqlarımızı azad edə bilmirik. Ona görə zaman-zaman söyləyirəm ki, Qarabağın azadlığı üçün danışıqları Rusiya ilə aparmalıyıq. Ermənistanda hər bir siyasətçi başa düşür ki, Ermənistan özbaşına bu problemi çözmək istəsə, onun liderini Dəmirçiyan və Vazgen Sarkisyan kimi parlamentdə publik edam gözləyir. Ona görə Rusiyanın forpostu olan Ermənistanla danışıqlar vaxt itkisindən başqa bir şey deyil. Nəhayət ki, biz Qarabağ siyasətimizə yenidən baxmalıyıq”. (Gununsesi.org)

AzNews.az