Bu barədə Ermənistanın baş prokurorunun məsləhətçisi Qor Abramyan bildirib Bu barədə Ermənistanın baş prokurorunun məsləhətçisi Qor Abramyan bildirib

Çexiya Serj Sarkisyanın qardaşı oğlunu Ermənistana ekstradisiya edəcək

Bu barədə Ermənistanın baş prokurorunun məsləhətçisi Qor Abramyan bildirib

Çexiyanın səlahiyyətli orqanları Ermənistanın Baş Prokurorluğunun bu ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanla bağlı cinayət təhqiqatını aparmaq üçün Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə vəsatətini təmin etməklə bağlı qərar qəbul edib.

Bu barədə Ermənistanın baş prokurorunun məsləhətçisi Qor Abramyan bildirib.

"Geniş ictimai marağı nəzərə alaraq bildiririk ki, Çexiya Respublikasının səlahiyyətli orqanları Ermənistan Respublikasının Baş Prokurorluğunun axtarışda olan Narek Sarkisyanın cinayət təhqiqatı məqsədi ilə Ermənistan Respublikasının hüquq-mühafizə orqanlarına ötürülməsi barədə vəsatətini təmin etmək barədə qərar qəbul edib. Bununla əlaqədar olaraq Ermənistan Respublikasının Baş Prokurorluğu polisə Narek Sarkisyanın ekstradisiyasını təşkil etməyi tapşırıb", - o qeyd edib.

Ermənistanda S.Sarkisyanın qardaşı oğluna qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, işgəncə vermək ittihamları irəli sürülüb.

Qeyd edək ki, bir neçə ay əvvəl də Çexiyanın paytaxtı Praqa şəhər məhkəməsinin Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Naerk Sarkisyanın ölkəsinə ekstradisiyası barədə qərar qəbul etməsi haqqında məlumat yayılmışdı.

Xatırladaq ki, ötən il dekabrın 7-də "İnterpol" və Praqa polisi 31 yaşlı N.Sarkisyanı saxlayıb. Sənədləri yoxlanılan zaman onun üzərindən Franklin Qonsalesin adına saxta Qvatemala vətəndaşı pasportu aşkar edilib.(report.az)

AzNews.az

image description