Ordumuz hazır vəziyyətdədir və Ali Baş Komandanın əmrini gözləyir Ordumuz hazır vəziyyətdədir və Ali Baş Komandanın əmrini gözləyir

"Təxribat və diversiya cəhdlərin çoxalması müharibəni daha da yaxınlaşdırır"

Ordumuz hazır vəziyyətdədir və Ali Baş Komandanın əmrini gözləyir

"Düşmən mütəmadi olaraq Azərbaycan – Ermənistan sərhəddində təxribatlar törədir və hər dəfə ağır itikiyə məruz qalaraq geri otuzdurlur".

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyətin düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilməsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, hazırda danışıqlar prosesi dayandığından münaqişənin yeganə həll yolu geniş hərbi əməlyyatlar aparılmaqla torpaqlarımızı işğaldan azad etməkdir.

Onun sözlərinə görə, Ermənistan bilir ki, Paşinyanın sərsəm bəyanatları, danışıqlarla bağlı əsassız qeyd-şərtlər irəli sürməsi, təxribat və diversiya cəhdlərin çoxalması müharibəni daha da yaxınlaşdırır: "Ordumuz hər bir təxribat cəhdinin qarşısını almağa hər zaman hazırdır. Amma bu o demək deyil ki, biz düşmənin təxribatlarına həmişə dözməliyik. Ordumuz hazır vəziyyətdədir və Ali Baş Komandanın əmrini gözləyir. Paşinyanın təxribatları təmas xəttində yox, dövlət sərhəddində törətməkdə məqsədi diqqətimizi müharibədən yayındırmaqdır. Biz münaqişənin sülh danışıqlar yolu ilə həll olunmasının tərəfdarıyıq və sözümüzə sadiqik. Amma Paşinyanın səsləndirdiyi sərsəm bəyanatlar və əməlləri müharibəni qaçılmaz edir".

Millət vəkili sonda deyib: "Düşnürəm ki, ATƏT-in Minsk Qrupu təcilli Paşinyanın başına ağıl qoymazsa, hərbi əməliyyatlar başlana bilər və çoxdan gözlədiyimiz qələbəyə imza ata bilərik".

Səidə Vahid

AzNews.az