Yerli medianı izləməkləri tövsiyə olunub Yerli medianı izləməkləri tövsiyə olunub

ABŞ səfirliyindən müharibə ilə bağlı diqqət çəkən açıqlama

Yerli medianı izləməkləri tövsiyə olunub

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda yaşayan Amerika vətəndaşlarına Abşeron yarımadasından çıxmamağı tapşırıb.

AzNews.az xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi səhifəsində məlumat yayılıb.

Səbəb isə son günlər Azərbaycan-Ermənistan sərhədində artan müharibə təhlükəsi göstərilib.

Azərbaycandakı ABŞ vətəndaşlarına yeni xəbərləri izləməyə davam etmələri tövsiyə olunur. ABŞ səfirliyi öz vətəndaşlarını kütləvi yerlərdə diqqətli olmağa və baş verə biləcək hər hansı bir nümayişdən çəkinməyə çağırıb.

"Səfirlik təhlükəsizliklə bağlı vəziyyəti izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək”, - məlumatda qeyd olunub.