Hulusi Akar hər zaman Azərbaycanın yanında olduqlarını bildirib Hulusi Akar hər zaman Azərbaycanın yanında olduqlarını bildirib

Zakir Həsənovla Hulusi Akarın telefon danışığı oldu

Hulusi Akar hər zaman Azərbaycanın yanında olduqlarını bildirib

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar hər zaman Azərbaycanın yanında olduqlarını bildirib:

“Ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə sonadək Azərbaycan türkü qardaşlarımızın yanında olacağıq”.