Ermənistan növbəti dəfə beynəlxalq normalara qarşı çıxır, Ermənistan növbəti dəfə beynəlxalq normalara qarşı çıxır,

Cəbhə bölgəsində silahlı jurnalist

Ermənistan növbəti dəfə beynəlxalq normalara qarşı çıxır,

Bu gün Ermənistan mətbuatında düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə çəkildiyi iddia edilən video yayılıb.

AzNews.az xəbər verir ki, həmin görüntülərdə özünü jurnalist kimi təqdim edən şəxsin çiynində silah görünür. "Jurnalist"in əlindəki mikrofonun üzərində isə Ermənistan Müdafiə Nazirliyinin loqosu əks olunub. Bu görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. İstifadəçilər qeyd edir ki, beynəlxalq jurnalistika normalarına əsasən cəbhə bölgəsinə ezam olunmuş jurnalistin silah, eyni zamanda, əsgərlərin də mikrofon daşımaq hüququ yoxdur.

Kadrlardan göründüyü kimi, Ermənistan növbəti dəfə beynəlxalq normalara qarşı çıxır, Azərbaycan ərazilərində silahlıların sayını qanunsuz şəkildə artırmağa cəhd edir.