3 ölü, 5 yaralı var 3 ölü, 5 yaralı var

Ermənilər Tərtərdə qəbiristanlığı atəşə tutdu

3 ölü, 5 yaralı var

Tərtərdə ermənilərin qəbiristanlığı atəşə tutması nəticəsində yaralıların sayı 5-ə çatıb. Məlumata görə, 3 nəfər həlak olub.

Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.

AzNews.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev "Twitter"də bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlalk olub. 3 nəfər isə yaralanıb.

"Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır".