Prezidentin köməkçisi məlumat verib Prezidentin köməkçisi məlumat verib

Düşmən Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub

Prezidentin köməkçisi məlumat verib

Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter”də bildirib.

"Günün fotosu. Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb. Raket tezliklə ANAMA tərəfindən ləğv ediləcək. Xoşbəxtlikdən raket partlamayıb”, - deyə H.Hacıyev qeyd edib.