Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçuların yeni siyahısını yayıb

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2756 şəhidimiz dəfn edilib.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - nazirlikdən bildirilib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı