“Silahlı Qüvvələrin rəhbərliyini baş nazir vəzifədən azad etmir" “Silahlı Qüvvələrin rəhbərliyini baş nazir vəzifədən azad etmir"

Ermənistan Baş Qərargahının rəisi daha 8 gün vəzifədə qala bilər

“Silahlı Qüvvələrin rəhbərliyini baş nazir vəzifədən azad etmir"

"Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan səlahiyyətlərinin icrasını davam etdirəcək".

Bunu Emənistan Konstitusiyası məsələləri üzrə ekspert Vardan Ayvazyan “Sputnik Armeniya”ya müsahibəsində bildirib.

“Silahlı Qüvvələrin rəhbərliyini baş nazir vəzifədən azad etmir. Bunu prezident edir. İndi prezidentin elə bir sərəncamı yoxdur. Ona görə də həmin şəxslər öz vəzifələrində qalacaq. Demək olar ki, Silahlı Qüvvələr seytnot vəziyyətdədir”, Ayvazyan deyib.

Onun sözlərinə görə, dövlət başçısının məsələ ilə bağlı qərar qəbul etməsi üçün üç gün vaxtı var. Ermənistan prezidenti Armen Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət etməzsə, onda Nikol Paşinyanın qərarı qüvvəyə minəcək. O qeyd edib ki, Konstitusiya Məhkəməsi prezidentin müraciətinə əsasən, 5 gün müddətinə qərar qəbul etməlidir, başqa sözlə, məsələnin həlli üçün 8 gün var.

Xatırladaq ki, Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazirin qərarını ölkə prezidenti hələ imzalamayıb. (report)

AzNews.az